“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
"PAŞA Bank" yeni mərhələyə qədəm qoyur. Hər bir vətəndaş pul verib Bankın payını (səhmini) ala və onun sahiblərindən biri ola biləcək“PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. İPO “Paylaşdıqca böyüyürük – birlikdə” şüarı altında həyata keçirilir. İPO prosesində Bankın əsas məsləhətçisi Gürcüstanın "TBC Capital şirkətidir.
Marja.az-ın məlumatına görə, “PAŞA Bank” Azərbaycanda ən böyük korporativ bank olmaqla yanaşı, aktivlərinin həcminə görə ölkənin 3-cü ən böyük bankı, özəl banklar arasında isə 2-ci yerdə qərarlaşıb. Eyni zamanda “PAŞA Bank” güclü balans, müştəri bazası və rentabellik göstəricilərinə malikdir. Bank indi fəaliyyətində strateji və tarixi mərhələyə qədəm qoyur — ilk dəfə səhmlərinin ilkin kütləvi təklifini (İPO) həyata keçirməyə hazırlaşır.
Bu addım “PAŞA Bank”ı Azərbaycanda səhmlərini kütləvi şəkildə təklif edən ilk özəl qurum edir. Qeyd edək ki, ölkədə indiyədək yalnız bir İPO reallaşdırılıb və bu, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Beləliklə, "PAŞA Bank"ın İPO-su Azərbaycan kapital bazarı üçün ikinci kütləvi təklif olmaqla yanaşı, özəl sektorun qiymətli kağızlar bazarına çıxışı baxımından növbəti dönüş nöqtəsi hesab olunur.
Bu gün “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev və İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov İPO barədə ilkin məlumatları açıqlayıb, jurnalistlərin suallarını cavablandırıblar.
Verilən məlumatlardan məlum oldu ki, “PAŞA Bank”ın nizamnamə kapitalı təxminən 5% və ya 17 milyon 725 min 590 manat artırılaraq 354 milyon 511 min 800 manatdan 372 milyon 237 min 390 manata çatdırılıb. Bunun üçün yeni səhmlər buraxılıb.
İlk öncə “PAŞA Bank”ın nizamnamə kapitalının səhm strukturundə dəyişiklik edilib və bu dəyişiklik Mərkəzi Bank tərəfindən təsdiqlənib. Belə ki, indiyədək "PAŞA Bank" ASC-nin nizamnamə kapitalı 354 milyon 511 min 800 manat təşkil edirdi. Bu mələğ hər birinin nominal dəyəri 33 min 300 manat olan 10 min 646 ədəd adi səhmdən ibarət idi. İlk öncə Səhmlərin İlkin Kütləvi Təklifi (IPO) layihəsi üçün 354 milyon 511 min 800 manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 20 manat olan 17 milyon 725 min 590 ədəd səhmdən ibarət edilib. Qısası hər səhmin qiymətinin 20 manata düşməsi üçün paylar “xırdalanıb”. Ardınca mövcud nizamnamə kapitalının (354 milyon 511 min 800 manat) 5%-i məbləğində yeni səhmlər emissiya edilib 17 milyon 725 min 590 manat artırılaraq 372 milyon 237 min 390 manata çatdırılıb. Bu məbləğin təxminən 5%-nin və ya nominal qiymətlə 18 milyon 658 min 520 manatlıq hissəsisnin (hər biri 20 manatdan 932 min 926 ədəd adi, adlı səhmlər) İPO zamanı bazara təqdim olunacaq. Təbii ki, səhmlər İPO zamanı nominal qiymətlə deyil, müəyyən olunacaq təklif qiymətilə bazara təqdim ediləcəkdir. İPO-dan sonra səhmlərin qiymətini bazar müəyyən edəcək.
Hazırda "PAŞA Bank" məsləhətçi, investisiya şirkəti və digər tərəfdaşlar ilə səhmlərin təklif qiymətinin müəyyən olunması üzrə müzakirələr aparır. Bankın rəhbərliyi təklif qiymətinin müəyyən edilməsinin çox çətin proses olduğunu qeyd edir – çünki bu qiymət Bankın bazar payını, nüfuzunu, müştəri bazasını, perspektivini, brend dəyərini, digər imkan və dəyərlərini doğru əks etdirməlidir. Qarşıdakı həftələrdə səhmlərin təklif qiyməti və digər şərtlər (parametrlər) barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
“Hazırda əsas çərçivəni paylaşırıq, proses artıq rəqəmlərlə işlənən mərhələyə keçib. Əlavə maliyyə parametrləri ilə bağlı məlumatları növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyik. Yəni bazara yeni və alternativ investisiya aləti çıxarırıq", - mətbuat konfransında bildirilib.
Ümumiyyətlə, səhmlərə abunə yazılışının aprel ayında, uzağı may ayının əvvəlində başlanılması və elə may ayında da yekunlaşdırılması nəzərdə tutulur.
Bildirilib ki, yeni səhmdarlar 2025-ci idlə əldə edilən mənfəətdən dividend şəkilində faydalana biləcəklər.
Mətbuat konfransında qeyd edilib ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb. Qalan mənfəət isə Bankın məcmu kapitalının tələb olunan səviyyədə saxlanılması və vəsaitə olan ehtiyacının ödənilməsinə yönəldilir.
“PAŞA Bank” istəyir ki, yeni səhmlər yalnız korporativ və varlı şəxslər üçün deyil, fiziki şəxslər, yəni əhali üçün də əlçatan olsun. Bank əhalinin “PAŞA Bank”da pay almasına xüsusi önəm verəcəkdir. Azərbaycanın sabit siyasi və iqtisadi mühiti fonunda, korporativ bazarda lider mövqedə olan “PAŞA Bank”, depozitlər və istiqrazlar alətlərindən başqa əhali üçün uzunmüddətli cəlbedici investisiya imkan yaratmağı hədəfləyir.
Səhmlərin alınması "PAŞA Bank", "BirBank", "Birİnvest" mobil tətbiqləri, eləcə də "PAŞA Kapital"ın və digər investisiya şirkətlərinin mobil tətbiqləri vasitəsilə mümkün olacaqdır. Eyni zamanda, "PAŞA Bank" və "Kapital Bank"ın filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.
Qısası, “PAŞA Bank” deyir ki, “mənim ortağım olmaq istəyənlər hazırlaşsın”. Hər bir vətəndaş pul verib Bankın payını (səhmini) ala və onun sahiblərindən biri ola biləcək. Beləliklə, ölkə vətəndaşı Bankın səhmdarlarından biri olmaqla gələcəkdə dividend (mənfəətdən pay) ala və səhm bahalaşarsa qazanc əldə edə biləcəkdir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
İPO nədir? (İlkin Kütləvi Təklif)
İPO (Initial Public Offering) — şirkətin ilk dəfə olaraq öz səhmlərini geniş investor kütləsinə, yəni ictimaiyyətə açıq şəkildə təklif etməsidir. İPO zamanı şirkət:
• səhm bazarına daxil olur,
• səhmləri birjada alqı-satqı edilə bilir,
• şirkətə minlərlə yeni səhmdar qoşulur.
Başqa sözlə, İPO şirkətin qapalı strukturlu biznesdən açıq, şəffaf və ictimai şirkətə çevrilməsi deməkdir.
Şirkətlər niyə İPO-ya müraciət edir?
İPO-ya çıxmağın əsas səbəbləri bunlardır:
1. Kapital cəlb etmək
İPO şirkətə:
• yeni investisiya mənbələri,
• uzunmüddətli maliyyə resursları,
• kreditdən asılılığın azalması imkanı yaradır.
2. Şəffaflıq və etibar
Birjada listinq:
• maliyyə hesabatlarının açıqlanmasını,
• korporativ idarəetmənin gücləndirilməsini,
• beynəlxalq standartlara uyğun fəaliyyəti tələb edir. Bu isə şirkətin nüfuzunu və etibarını artırır.
3. Brend və bazar dəyərinin artması
İPO-dan sonra şirkət:
• daha tanınan brendə çevrilir,
• beynəlxalq investorların diqqətini cəlb edir,
• bazar dəyəri formalaşır.
Səhmdar strukturu və likvidlik
Mövcud səhmdarlar üçün:
• səhmləri likvid aktivə çevrilir,
• gələcəkdə səhmləri bazarda satmaq imkanı yaranır.
PAŞA Bank-ın İPO-su nə vəd edir?
PAŞA Bank-ın İPO qərarı:
• Azərbaycan bank sektorunda şəffaflığın artmasına,
• kapital bazarının dərinləşməsinə,
• yerli investorların bank sektorunda birbaşa iştirakına şərait yarada bilər.
Eyni zamanda bu addım:
• digər özəl şirkətlər üçün nümunə rolunu oynaya,
• yeni İPO-ların yolunu aça,
• Bakı Fond Birjasında aktivliyi artıra bilər.
İnvestorlar üçün İPO nə deməkdir?
İPO investorlar üçün:
• güclü maliyyə göstəricilərinə malik şirkətə erkən mərhələdə investisiya,
• dividend və səhm qiymətinin artımı potensialı,
• portfelin şaxələndirilməsi imkanı yaradır.
Lakin ekspertlər qeyd edir ki, hər bir İPO-da olduğu kimi:
• risklər,
• bazar dalğalanmaları,
• maliyyə nəticələrinin dəyişkənliyi mütləq nəzərə alınmalıdır.
Nəticə
PAŞA Bank-ın İPO-su:
• Azərbaycan maliyyə bazarları üçün tarixi hadisə,
• özəl sektorun kapitallaşması üçün yeni mərhələ,
• investorlar üçün isə yeni imkan pəncərəsi kimi qiymətləndirilir.
Bu prosesin uğurla başa çatması ölkədə kapital bazarlarının inkişafına güclü təkan verə bilər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 2 saat əvvəl
-
2 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
3 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 29-da gözlənilən hava şəraiti
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Ən çox oxunanlar
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

















