Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin şirkətlərinin rəhbərləri ilə görüşüb. Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin Xalq Respublikasının “Wanji” və “Sunstone” şirkətlərinin rəhbərləri ilə görüşüb.

Marja xəbər verir ki, qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Reklam_3_11

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Sunstone” şirkəti alüminium sənayesi üçün karbon materiallarının (prebaked anode) tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.

19.01.2026 17:31

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18