Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ərəb şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edir - Razılaşma imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəb şirkəti  “Cənub Qaz Dəhlizi”ndə pay əldə edir - Razılaşma imzalandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Ərəb Əmirliklərində keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.

Marja xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabrında ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü çərçivəsində mübadilə edilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu”na uyğun olaraq imzalanıb.

Razılaşmanı iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş icraçı direktoru Sultan Əl Cabir imzalayıblar.

"Bu razılaşma SOCAR və XRG arasında əməkdaşlığı qaz hasilatından Avropada enerji təchizatını şaxələndirmək istəyən bazarlara enerji resurslarının etibarlı çatdırılmasına qədər genişləndirmək potensialına malikdir. Eyni zamanda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin, enerji layihələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinə, həmçinin ölkəmizin iqtisadi inkişafına və etibarlı tərəfdaş kimi rolunun daha da möhkəmlənmasinə töhfə verəcək".

İmzalanan sənəd SOCAR ilə XRG/ADNOC arasında əldə olunan üçüncü razılaşmadır. Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarında iştirak payının SOCAR-a verilməsi, həmçinin ADNOC şirkətinə “Abşeron” qaz-kondensat yatağında iştirak payının satışına dair razılıq əldə ediblər.

Qeyd edək ki, 2014-cü ildə fəaliyyətə başlamış “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti qaz hasilatı üzrə aktivlərdə və ümumi uzunluğu 3 500 kilometr olan boru kəməri şəbəkəsində paya malikdir. Bu infrastruktur illik 26 milyard kubmetr  həcmədək nəql gücünə malik olmaqla Xəzər hövzəsindən təbii qazın Türkiyə üzərindən Cənubi Avropaya nəqlinə imkan yaradır.

adipec sərgisi adnoc xrg iqtisadiyyat nazirliyi mikayıl cabbarov sultan əl cabir cənub qaz dəhlizi socar azərbaycan birləşmiş ərəb əmirlikləri enerji əməkdaşlığı qaz hasilatı enerji investisiyası anlaşma memorandumu strateji tərəfdaşlıq enerji layihələri abşeron yatağı sarb umm lulu qaz nəqli boru kəməri xəzər hövzəsi avropa enerji təchizatı enerji təhlükəsizliyi investisiya razılaşması
03.11.2025 15:13

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18