Vestel çökür - Rekord zərər açıqlayıb, 3400-dən çox işçini ixtisar edib
.webp)
Türkiyənin böyük elektronika və məişət texnikası istehsalçılarından biri olan Vestel, 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət, ilin ilk 6 ayında rekord həcmdə zərər elan edib və minlərlə işçini ixtisar edib.
Milyardlarla lirəlik zərər
Marja xəbər verir ki, "Vestel Elektronik" bu ilin ilk yarısında 13,3 milyard Türkiyə Lirəsi (TL) xalis zərər açıqlayıb. Bu rəqəm şirkətin mövcud bazar dəyərinə (13,34 milyard TL) demək olar ki, bərabərdir. Ötən ilin eyni dövründə şirkətin zərəri 1,28 milyard TL idi.
Satışlar ilk 6 ayda 16% azalaraq 68 milyard TL-yə enib, Şirkətin törəməsi olan "Vestel Beyaz Eşya" da ilk yarımildə 2,87 milyard TL zərər açıqlayıb.
6 ayda 3 mindən çox ixtisar
Maliyyə vəziyyətinin pisləşməsi kadr siyasətinə də təsir edib. Son 6 ayda "Vestel Elektronik"də 2 min 561 nəfər, "Vestel Beyaz Eşya"da isə 854 nəfər olmaqla ümumilikdə 3 min 416 əməkdaşın işinə son verilib.
İstehsal və bazar performansında geriləmə
Şirkətin istehsal göstəriciləri də ciddi şəkildə azalıb. Vestel Elektronik-in istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35% aşağı düşüb.
Maliyyə çətinlikləri şirkətin bazar performansına da təsir göstərib. Vestel-in səhmləri ilin əvvəlindən bəri 46% dəyər itirərək BIST-100 indeksində ən zəif nəticə göstərən kağızlar sırasında yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 d. əvvəl
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu bu il 41 rayonda fermerlərə sığorta ödənişi edib
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Vestel çökür - Rekord zərər açıqlayıb, 3400-dən çox işçini ixtisar edib
-
3 saat əvvəl
Şəki–Qax–Zaqatala bölgəsində 25–30 % daha az fındıq toplanacağı gözlənilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanğın baş verən boya zavodu fəaliyyətini bərpa edib – RƏHBƏRİNDƏN AÇIQLAMA
-
6 saat əvvəl
II qrup üzrə ən yüksək keçid balına malik ixtisas Maliyyə ixtisası olub
-
6 saat əvvəl
Tramp, FED-in İdarə Heyətinin üzvünü vəzifəsindən azad etdi, Dollar ucuzlaşdı
-
6 saat əvvəl
Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər
- 6 saat əvvəl
Son Xəbərlər

Aqrar Sığorta Fondu bu il 41 rayonda fermerlərə sığorta ödənişi edib

"Xalq" Bank Bakı Fond Birjasına üzv oldu
Ən çox oxunanlar

Bir neçə bankda krediti olanların DİQQƏTİNƏ!

Türkiyənin qocaman restoranlar şəbəkəsi Bakıda 2-ci filialını açıb

Yango Biznes üçün gedişlər - korporativ səfərlər və çatdırılma artıq bir hesabda - FOTO

3-cü ildir inşa edilən “Gəncə KOB evi”nin tikintisi üçün daha 2,5 milyon manatlıq müqavilə bağlanıb

Rəsmi məzənnələr açıqlandı

Lizinq şirkəti 6 ayda 263 min manat xalis mənfəət əldə edib
