Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Radius” Babək prospektində yeni filialı ilə avtomobil sektoruna və iqtisadiyyata yeni tövhə verir

Yeni filial saatda 20 avtomobilə xidmət göstərmək qabiliyyətinə malikdir. İllik 37 mindən çox nəqliyyat vasitəsini qəbul etmək və 150 minədək təkər təchizatını hədəflənir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Radius” Babək prospektində yeni filialı ilə avtomobil sektoruna və iqtisadiyyata yeni tövhə verir

Azərbaycanın avtomobil təkər və xidmət bazarında aparıcı milli brend “Radius Plus” MMC fəaliyyətinin növbəti mərhələsini qeyd edir.

Paytaxtın strateji nəqliyyat arteriyalarından biri olan Babək prospektində 6500 kvadratmetrlik yeni filial istifadəyə verilib. Bu addım - şirkətin 11 illik təcrübəsini daha da gücləndirərək, genişlənən filiallar şəbəkəsi modeli ilə ölkənin avtomobil xidmətlərində qabaqcıl mövqeyini möhkəmləndirməsinə xidmət edir.

Yeni filial saatda 20 minik avtomobilinə xidmət göstərmə qabiliyyətinə malik olmaqla yanaşı, illik 37 mindən çox nəqliyyat vasitəsini qəbul etməyi və 150 minədək təkər təchizatını hədəfləyir. Bu isə avtomobil sektorunda böyük həcmdə məhsul və xidmət dövriyyəsi yaratmaqla iqtisadiyyatın digər sahələrinə də əlavə təkan verir.

“Radius”un biznes modeli istehsalçı firmalardan birbaşa idxal, yüksək standartlara cavab verən depolama, peşəkar konsultasiya və müasir texnologiyalarla sürətli xidmətin birləşməsindən ibarətdir. Bu model şirkətə bazarda 40-dan çox beynəlxalq təkər brendinin 280 ölçüdə on minlərlə şin ehtiyatını depolamağa və müxtəlif müştəri seqmentlərinə yüksək keyfiyyətli məhsul təqdim etməyə imkan verir.

Yeni filialın inşasında yerli memarlar ilə Almaniyanın 100 illik təcrübəyə malik sənaye tərəfdaşının əməkdaşlığı mühüm rol oynayıb. Kompleks müasir sənaye memarlığı və urbanistik standartlara cavab verir, həmçinin ekoloji tələbləri nəzərə alaraq davamlı inkişaf prinsipinə sadiq qalır.

“Radius”un genişlənməsi ilə bağlı yaradılan 100-dən artıq yeni iş yeri Azərbaycanın məşğulluq səviyyəsinin artmasına və yerli iqtisadi fəallığın güclənməsinə əhəmiyyətli töhfə verəcək. Şirkətin eqalitar meritokratiya prinsipi əsasında formalaşan idarəetmə sistemi və dinamik komandası innovasiya və məhsuldarlığın yüksəldilməsinə şərait yaradır.

Bundan əlavə, “Radius” sosial məsuliyyətini dərindən anlayaraq yol təhlükəsizliyi və təkərlə bağlı maarifləndirmə kampaniyalarını sosial media və radio platformalarında aktiv şəkildə həyata keçirir. Bu təşəbbüslər ölkədə nəqliyyat mədəniyyətinin inkişafına və ekoloji bilincin artırılmasına xidmət edir.

 Radius Plus” MMC-nin yeni filialı avtomobil sənayesində milli biznes modelinin uğurlu nümunəsi kimi ölkənin iqtisadi diversifikasiyasına, təhlükəsizlik standartlarının yüksəldilməsinə və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.

radius təkər şin avtomobil radius-plus biznes babək təkər-satışı
31.07.2025 18:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ