Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sumqayıtdakı Sənaye Parkınını rezidentlərindən 28-i fəaliyyət göstərir - 5,6 MİLYARD AZN İNVESTİSİYA, 6300 İŞ YERİ

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtdakı Sənaye Parkınını rezidentlərindən 28-i fəaliyyət göstərir - 5,6 MİLYARD AZN İNVESTİSİYA, 6300 İŞ YERİ

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında hazırda investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan da artıq 28-i fəaliyyət göstərir.

Bu barədə Marjaya İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Qeyd edilib ki, sahibkarlar tərəfindən görülən işlərə bugünədək 5,56 milyard manat investisiya yatırılıb, 6300-dən artıq daimi iş yeri yaradılıb.

2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14,37 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 5,17 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I yarısında Sənaye Parkında 1,14 milyard manatlıq məhsul satışı olunub ki, bunun da 544,8 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20%-ə yaxın artıb.

Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, burada sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunurlar. Həmçinin Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkın rezidentlərinə indiyədək 912 ədəd təsdiqedici sənəd verilib ki, bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər.

30.07.2025 11:51
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ