Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bulvarda fəaliyyət göstərən sahibkarlara alıcıların hüquqlarını təmin etmələri və tələblərə uyğunlaşmları tövsiyə olundu

Maarifləndirici görüşdə sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bulvarda fəaliyyət göstərən sahibkarlara alıcıların hüquqlarını təmin etmələri və tələblərə uyğunlaşmları tövsiyə olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş Agentliyin təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunub.

Reklam_3_11

Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, “Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə dənizkənarı bulvar ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Görüş zamanı Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış edərək istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələrində mövcud problemlərin həlli istiqamətində Agentlik tərəfindən atılan addımlar, istehlakçıların əsas hüquqları və sahibkarların bu sahədə vəzifələri, Agentliyin istehlak bazarında nəzarət sahələri barədə ətraflı məlumat veriblər. Həmçinin ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi üzrə etibarlı təminat sisteminin yaradıldığı və bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul olunduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.

21.07.2025 13:17
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar