"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb
Nərimanovda kanalizasiya sularının axdığı kanala düşüb, meyiti Hövsanda kanalizasiya sularının təmizləmə anbarında tapılıb
İyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.
Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Ziraat Bank Azərbaycan" “FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyalar Sərgisi”ndə təltif olundu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 d. əvvəl
- 23 d. əvvəl
-
- 28 d. əvvəl
- 38 d. əvvəl
-
46 d. əvvəl
Xidmət "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yaydı
- 52 d. əvvəl
-
57 d. əvvəl
Qızıl 1-ci, pomidor 2-ci, pambıq 3-cü olub - QEYRİ-NEFT İXRACI ÜZRƏ YENİ RƏQƏMLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Daha 2 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 il vergidən azaddırlar
Son Xəbərlər

Kapital Bank-da yeni təyinatlar

Bəylər Eyyubovun yerinə təyinat

Manato-dan rekord mənfəət - ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB

Xidmət "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yaydı

"Praktikal Salyuşns Qrup" maliyyə hesabatlarını açıqladı

"Ziraat Bank Azərbaycan" “FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyalar Sərgisi”ndə təltif olundu
Ən çox oxunanlar

"Rəsmi Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir”

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun gəlirləri artıb

Ərdoğan: İlin sonuna qədər inflyasiyanın 20% olmasını hədəfləyirik

Aİ Ermənistana 270 milyon avro vəsait ayırıb
