Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın fintex şirkəti Türkiyənin fintex şirkətilə saziş imzaladı

PashaPay və Türkiyənin Sipay şirkəti regional fintex əməkdaşlığını gücləndirmək məqsədilə Amsterdamda Əməkdaşlıq Sazişi imzalayıb. Əməkdaşlıq Azərbaycan və Türkiyə arasında transsərhəd fintex innovasiyalarını təşviq edəcək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın fintex şirkəti Türkiyənin fintex şirkətilə saziş imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – PashaPay ilə Türkiyənin ən sürətlə böyüyən fintex şirkəti - Sipay arasında transsərhəd fintex innovasiyalarını təşviq etmək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək məqsədilə strateji Əməkdaşlıq Sazişi imzalanıb.

PashaPay və Sipay şirkətlərinin birgə mətbuat açıqlamasında bildirilir ki, Saziş 3 iyun tarixində, PashaPay-in Bir ekosistemi təmsil etdiyi dünyanın aparıcı fintex tədbirlərindən biri olan Money 20/20 Europe zamanı Amsterdamda imzalanıb.

Tərəfdaşlıq qarşılıqlı bazarlara çıxışı təmin etmək, texnologiya platformalarını inteqrasiya etmək və qlobal ödəniş şəbəkələri vasitəsilə maliyyə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.

PashaPay və Sipay tərəfindən verilən mətbuat açıqlamasında bildirilib ki, saziş çərçivəsində hər iki şirkət rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək, inklüziv iqtisadi əlçatanlığı dəstəkləmək və hər iki ölkədə fəaliyyət göstərən fərdi şəxslər və bizneslər üçün asan və sürətli əməliyyatların həyata keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq edəcək.

PashaPay şirkətinin baş icraçı direktoru Samir Məmmədov bildirib:

"Bu əməkdaşlıq, regionda daha sıx inteqrasiya olunmuş və inklüziv rəqəmsal iqtisadiyyatın qurulması yolunda mühüm bir addımdır. Biz qardaş Türkiyənin Sipay şirkəti ilə tərəfdaşlıq edərək yalnız PashaPay-in rəqəmsal pulqabı tətbiqi olan m10 istifadəçiləri üçün yeni imkanlar yaratmırıq, eyni zamanda, beynəlxalq pul köçürmələrini asanlaşdırmaqla Azərbaycan və Türkiyədə, eləcə də region xaricində yaşayan və fəaliyyət göstərən vətəndaşlar, ailələr və bizneslərin gündəlik həyatına dəstək vermiş oluruq."

Sipay şirkətinin baş icraçı direktoru Semih Muşabak qeyd edib:

"PashaPay ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Onlar da bizim kimi daha əlaqəli, inklüziv və innovativ maliyyə ekosistemini hədəfləyir. Bu əməkdaşlıq regional strategiyamızda mühüm bir mərhələdir və bizə Türkiyə və Azərbaycandan başlayaraq, sərhədlərarası rəqəmsal maliyyə həlləri təqdim etməyə, daha sonra isə yeni bazarlara genişlənməyə imkan yaradacaq."

PashaPay haqqında

PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
www.pashapay.az

Sipay haqqında

2019-cu ildə təsis edilmiş Sipay, innovativ fintex şirkəti olaraq, bizneslərin və fərdi istifadəçilərin maliyyə ehtiyaclarına uyğunlaşdırılmış məhsul və xidmətlər hazırlayır. Sipay, şirkətlərin bütün maliyyə fəaliyyətlərini vahid platforma üzərindən idarə etməsinə və izləməsinə imkan verən bir sistem təqdim edir.

www.sipay.com.tr

Sipay PashaPay m10 Samir Məmmədov Semih Muşabak
05.06.2025 13:14
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ