Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3-ABB_21

Tesla-nın xalis mənfəəti 71 faiz azalıb

Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın xalis mənfəəti bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla-nın xalis mənfəəti 71 faiz azalıb

Tesla 2025-ci ilin yanvar-mart dövrü üçün maliyyə göstəricilərini açıqlayıb. 

Marja xəbər verir ki, şirkətin gəliri ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 19,3 milyard dollar təşkil edib. Tesla 2024-cü ilin birinci rübündə 21,3 milyard dollar gəlir əldə etmişdi.

Elektromobil istehsalçısının xalis mənfəəti də ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalaraq 409 milyon dollar olub. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 1,39 milyard dollar təşkil etmişdi.

Şirkətin 2024-cü ilin birinci rübündə 41 sent olan səhmbaşına qazancı bu ilin eyni dövründə 12 sentə düşüb.

Tesla-nın gəliri və mənfəəti bu ilin birinci rübündə bazar gözləntilərindən (proqnozlarından) aşağı düşüb.

İstehsal və təhvil  sayları azalıb

Tesla 2025-ci ilin birinci rübündə dünya üzrə 362 min 615 dədə elektromobil istehsal edib və 336 min 681 elektromobil təhvil verib (satıb).

Şirkətin avtomobil istehsalı bu dövrdə illik müqayisədə 16,3 faiz, satılan avtomobillərin sayı isə 13 faiz azalıb.

Tesla yaydığı açıqlamada, ticarət müharibələri Tesla və buna bənzər markaların qlobal tədarük zəncirinə və xərc strukturuna mənfi təsir etdiyi üçün bazarlarda qeyri-müəyyənliyin artmağa davam etdiyini bildirib.

Açıqlamada deyilir ki, bu dinamik dəyişən siyasi əhval-ruhiyyə qısa müddətdə şirkətin məhsullarına olan tələbata ciddi təsir göstərə bilər.

Maskın siyasi addımları Tesla-nı etirazların hədəfinə çevirib

ABŞ-lı milyarder İlon Maska məxsus brend ABŞ prezidenti Donald Trampın administrasiyasında fəal rol alan Maskın siyasi hərəkətləri səbəbindən etirazlara və boykotlara məruz qalıb.

Seçki kampaniyası zamanı Trampı dəstəkləyən Mask, Tramp yenidən prezident seçildikdən sonra Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edilib.

Maskın məsul olduğu DOGE-nin atdığı xərcləri azaltma addımları və minlərlə federal işçinin ixtisarı müzakirə mövzusu olub.

ABŞ-ın müxtəlif yerlərində Maska məxsus Tesla avtosalonları qarşısında nümayişlər keçirilib, etirazlar zamanı həbslər də olub.

Tramp həmçinin baş məsləhətçisi təyin etdiyi Maska dəstəyini göstərmək üçün Tesla avtomobili alıb.

Tesla səhmləri ilin əvvəlindən ucuzlaşıb

Tramp 2024-cü il noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra şirkətin sahibi Maskın siyasi hərəkətləri səbəbindən Tesla-nın populyarlığı azalıb.

Trampın seçkilərdəki qələbəsindən sonra Tesla səhmləri bahalaşmışdı. Tramp Prezident vəifəsinin icrasına başladıqdan sonra isə bahalaşmanın böyük hissəsini itirən Tesla səhmləri ilin əvvəlindən bu yana 41 faiz dəyərdən düşüb.

25.04.2025 07:23

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ