"Mərkəzi Bank olaraq Yol Xəritəsinin həyata keçirilməsində fəal mövqedə qərarlaşmağı nəzərdə tutmuşuq"
Azərbaycan Mərkəzi Bankı və BMK COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə tədbir təşkil edibAzərbaycan Respublikasının Mərkəzi Bankı Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (DBMŞ), Dayanıqlı Maliyyə üzrə Beynəlxalq Platforma (DMBP), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) tərəfdaşlığı və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Maliyyə Təşəbbüsünün (BMTƏMP MT) dəstəyi ilə “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”ni təqdim edib. Yol Xəritəsi rəsmi olaraq COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə Mərkəzi Bank və BMK tərəfindən təşkil olunmuş “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı mühüm tədbirdə elan olunub.
“Biz, Mərkəzi Bank olaraq Yol Xəritəsinin həyata keçirilməsində fəal mövqedə qərarlaşmağı nəzərdə tutmuşuq. Bu mühüm təşəbbüsdə icra prosesinə və inkişafa nəzarət etməkdə qərarlıyıq. Strateji tərəfdaşlarımızla birlikdə Yol Xəritəsinin həyata keçirilməsi üçün qüvvələrimizi cəmləyəcəyik”, - deyə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov vurğulayıb.
Yol Xəritəsi Paris Sazişinin iqlim məqsədlərinə uyğunlaşdırılmış dayanıqlı maliyyəyə qlobal yanaşmanın aktuallığından irəli gəlir. O, dayanıqlı maliyyə taksonomiyalarının transsərhəd uyğunluğunu artırmaqda, eləcə də kapitalı əhəmiyyətli ekoloji və sosial təsirə malik layihələrə yönəltməkdə vacib hesab olunan alətlər üçün çərçivəni təmin edir.
“Yaşıl taksonomiyaların uyğunlaşdırılması dayanıqlı maliyyə üçün daha səmərəli qlobal bazar yaradacaq, kapitalın ən çox ehtiyac duyulan yerə yönəldilməsinə imkan verəcək və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlara fayda verəcək. BMK və DBMŞ Katibliyi bu missiyaya tam sadiqdir”, - deyə BMK-nın icraçı direktoru Maxtar Diop bildirib.
Tədbirdə “Financial Times”ın İqlim məsələləri üzrə redaktoru Emilya Miçasukun moderatorluq etdiyi panel müzakirəsi müxtəlif yurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətli təkamülünə və bazarda fraqmentasiyasının qarşısının alınmasında vahid standartların əhəmiyyətinə diqqət yetirib.
Müzakirə panelində BMT İP-nin Ərəb Dövlətləri üzrə Regional Bürosunun direktoru və baş katibin köməkçi Abdalla əl-Dardari, Avropa Komissiyasının İqlim Fəaliyyəti üzrə Baş İdarəsinin baş direktorunun müavini Yan Dusik, BMTƏMP MT-nin rəhbəri Erik Aşer, “Raiffeisen Bank International”da Dayanıqlı maliyyə mövzusunun rəhbəri Vera Ekonomu, İqlim Bondları Təşəbbüsünün həmtəsisçisi və baş icraçı direktoru Şon Kidni koordinasiya olunmuş fəaliyyətlərin şəffaflıq, uyğunluq və davamlı təşəbbüslərə sürətli kapital axınını necə təşviq edə biləcəyini ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda BMK-nın Avropa, Latın Amerikası və Karib hövzəsi regionu üzrə vitse-prezidenti və DBMŞ-in sədri Alfonso Qarsiya Mora da iqlim dəyişikliyinə qarşı fəaliyyətin gücləndirilməsi çağırışı ilə çıxış edib.
Qeyd edək ki, Yol Xəritəsi qarşılıqlı fəaliyyətin sadələşdirilməsi üçün üç əsas elementi təsvir edir:
1. Əsas Taksonomiya fəaliyyətlərinin müəyyənləşdirilməsi: Ortaq təsnifat sistemi ilə inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün əsas sektorların və fəaliyyətlərin müəyyən edilməsi
2. Ardıcıl uyğunlaşma üçün texniki yanaşmalar: Ekoloji, sosial və idarəetmə (ESİ) təlimatları daxil olmaqla, Taksonomiya prinsipləri üçün standartlaşdırılmış uyğunlaşma yanaşmalarının yaradılması
3. Keçid maliyyəsinin dəstəklənməsi: Yüksək emissiyalı sektorlarda dekarbonizasiya və dayanıqlılığı təmin edən keçid fəaliyyətləri üçün təlimatların müəyyən edilməsi
Yol Xəritəsi dayanıqlı maliyyə taksonomiyalarında qlobal uyğunlaşmanın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə iqlim fəaliyyəti üçün kapitalın səmərəli şəkildə səfərbər olunması istiqamətində Bakıdan dünyaya mühüm bir mesaj çatdırır.
“Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” ilə tanış olmaq üçün bu linkə daxil olun: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 d. əvvəl
-
21 d. əvvəl
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
-
22 d. əvvəl
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
- 51 d. əvvəl
-
16 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
16 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Ən çox oxunanlar
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
























