Türk Dövlətləri Fintex Alyansı yaradılır
Fintex sahəsində Türk Dövlətləri arasında əməkdaşlığın təməli qoyuldu.
Bu gün İstanbulda Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan fintex assosiasiyaları arasında anlaşma memorandumu imzalandı.
Bu barədə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.
Qeyd edilib ki, Memorandum maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bu platforma yalnız Türk Dövlətləri arasındakı əməkdaşlığı gücləndirməklə qalmayacaq, həmçinin Avropadan Çinə qədər uzanan coğrafiyada yeni dövrün qapılarını açacaq.
Tədbirin sonunda Türk Dövlətləri Fintex Əməkdaşlıq Platforması rəsmi olaraq elan olunub və daha sonra panel müzakirələri baş tutub. Burada maliyyə texnologiyalarında ortaq strategiyaların müəyyənləşdirilməsi və qlobal əməkdaşlıq imkanlarından bəhs olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
42 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
46 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























