"Mövcud süni mayalanma işi (mexanizmi) səmərəli deyil"
4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.
Bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, dövlət dəstəyi mexanizminin şərtlərində ölkədaxili tələbata adekvat ətlik və ya südlük və ya ətlik-südlük fəaliyyət istiqamətləri üzrə differensiallaşdırılmaqla heyvanların faydalılığını səciyyələndirən konkret meyarların müəyyənləşdirilməməsi şəraitində damazlıq heyvanlara xas olan məhsuldarlıq və təkrar istehsala yararlılıq xüsusiyyətlərinə malik olmayan azyaşlı heyvanların dəyərinin güzəştli maliyyələşdirilməsi hallarının mövcudluğu daxili nəzarət qaydasında müvafiq risklərin dəyərləndirilməməsini və zəruri məhdudiyyətlərin tətbiq edilməməsini göstərib.
Cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7%-dən 4,9%-dək olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risklər araşdırılmadan 10,2 mln. manat güzəşt məbləğinin maliyyələşdirildiyi, eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 mln. manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.
Auditlə toplanmış sübutlar, o cümlədən ilkin damazlıqdan başlayaraq damazlıq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin monitorinqi proseslərinədək olan mərhələlərdə iştirak edən bütün tabeli qurumların fəaliyyətinin vahid indikativ funksionallıq baxımından səmərəli koordinasiya edilmədiyini, attestasiyadan keçirilən damazlıq heyvandarlıq təsərrüfatları üzrə damazlıq heyvanların identifikasiyası və digər zəruri rekvizitlərinin elektronlaşdırılmadığını, dövlət dəstəyi mexanizmlərinin zəruri parametrlərinin tam olaraq elektronlaşdırılmaqla əlaqələndirilməsinin təmin edilmədiyini göstərib.
Hüquqi aktlarda damazlıq təsərrüfatları üçün hər bir cins üzrə seleksiya-damazlıq proqramlarına uyğun fəaliyyət göstərmələri əsas şərt kimi müəyyənləşdirildiyi halda attestasiya və uçota alınma prosedurunu müşayiət edən müvafiq sənədləşmələrdə damazlıq heyvandarlıq təsərrüfatlarının biznes-planı mahiyyəti daşıyan həmin proqramların texniki-iqtisadi əsaslandırmalarının əsaslılığı, eyni zamanda sonrakı nəzarət qaydasında monitorinqlərlə təsərrüfatların faktiki fəaliyyətinin proqramlara uyğunluğu araşdırılmamışdır ki, bu da attestasiya prosesinin səmərəli təşkil edilməməsinin sübutlarındandır.
Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8%-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 5 gün sonra
-
- 2 gün sonra
-
8 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
8 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 8 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər























