Azərbaycan “WindEurope” ilə külək enerjisi üzrə Anlaşma Memorandumu imzaladı
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının baş direktoru Giles Dicksonun iştirakı ilə “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.
Külək enerjisi şirkətləri, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu, AİB, AYİB və Dünya Bankının da təmsil olunduğu tədbirdə dənizdə külək enerjisi ehtiyatlarının işlənilməsində əməkdaşlığa qarşılıqlı maraq ifadə olunub. Külək enerjisinin bütövlükdə Xəzər regionunun enerji keçidində həlledici rol oynayacağı qeyd edilib. Quruda və dənizdə olan külək potensialından istifadənin 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılması qlobal hədəfinə töhfə verəcəyi bildirilib. Qeyd olunub ki, quruda quraşdırılmış hər yeni külək turbini 13 milyon avro iqtisadi effekt yaradır.
Yekunda “Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “WindEurope” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2030-cu ilədək "yaşıl artım"ı və bərpa olunan enerji növlərinin yaradılması, dünya bazarına nəqlini prioritetləşdirən siyasəti olkəmizin nəhəng kulək enerjisi potensialından müasir texnologiyalar, qabaqcıl təcrübə və beynəlxalq enerji tərəfdaslığı əsasında geniş istifadəni aktuallaşdırır. WindEurope ilə əməkdaşlığımız Xəzərin külək enerjisinin Avropaya ixracı ilə bağlı səylərimizi dəstəkləməklə Aİ ilə strateji tərəfdaşlığımıza da töhfə verəcək.”
“WindEurope” Avropa Külək Enerjisi Assosiasiyasının icraçı direktoru Gils Dikson deyib: "Biz Xəzər regionunda külək enerjisinin tətbiqinin təşviqində Azərbaycan Respublikası ilə əməkdaşlıqdan çox məmnunuq. Bu tərəfdaşlıq daha iri həcmlərdə bərpa olunan enerji yaratmaq və iqtisadi inkişafı dəstəkləmək üçün ortaq öhdəliyimizi vurğulayır. Biz birlikdə Azərbaycanın bərpa olunan enerji sahəsində iddialı məqsədlərini dəstəkləmək üçün külək enerjisi sahəsində Avropa təcrübəsindən istifadə edəcəyik".
Sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
13 saat əvvəl
"PAŞA Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
13 saat əvvəl
"Meqa Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
15 saat əvvəl
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
-
16 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Kredit Həyat Sığortasına maraq niyə artır?
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
“Azərboru” 1 milyon manatlıq zərərdən mənfəətə keçib
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
Əliyevlə Tramp arasında telefon danışığı olub
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək























