Toyota brendinin ən yeni avtomobili - Toyota C-HR Azərbaycanda təqdim edildi - FOTO
(®) Toyota Abşeron Mərkəzində baş tutan tədbirdə, şirkət həm də Toyotanın yenilənmiş satış konseptini – FFT (FrontLine For Tomorrow)-ni müştərilərinə tanıdıb, həm də tam yeni Toyota C-HR modelini təqdim edib.
Müştərilərə daha rahat, sürətli və effektiv xidmət göstərmək üçün nəzərdə tutulan bu dəyişikliklər və konsept regionda ilk dəfə Toyota Abşeron Mərkəzində reallaşdırılıb. Müştəri mərkəzli qərar mexanizmlərində olan yeniliklərlə istər satış, istərsə də texniki servis prosesini daha şəffaf və komfortlu etmək FFT konseptinin əsas istiqamətlərindəndir. Əlavə olaraq, bütün sistemin rəqəmsallaşdırılması, Toyota brendinin ən son texnologiyaları da artıq Toyota Abşeron Mərkəzində müştərilərin xidmətindədir.
Tədbirin ikinci hissəsində isə tam yeni Toyota C-HR modeli müştərilərə təqdim olunub. Müasir və funksional interyer üslubu premium rahatlıqla birləşdirən bu model böyük zövqlə dizayn edilib.
“Toyota” ilk dəfə 2017-ci ildə təqdim olunan qeyri-ənənəvi dizayna, özünəməxsus xarakterə və yüksək keyfiyyətə malik bu model ilə bu günədək Avropada 840 000-dən çox satış edib.
Yeni “Toyota C-HR” modeli Azərbaycanda iki fərqli, “Toyota”nın ən yeni, beşinci nəsil hibrid texnologiyasına sahib mühərrikləri ilə təqdim olunur. Bunlardan biri 140 at gücünə sahib olan 1,8 litrlik hibrid mühərrik, digəri isə 197 at gücünə sahib 2 litrlik hibrid mühərrikdir.
Ümumi uzunluğu 4362 mm, eni 1832 mm, hündürlüyü isə 1558 mm olan yeni “Toyota C-HR” avtomobilinin kuzasının möhkəmliyi indi daha da artırılıb.
Ön faraları oxa bənzəyən 3D arxitekturaya sahib bu avtomobilin cizgiləri kəskindir. Həmin ön faralar dördhissəli LED işıqlarla təchiz olunub. Bu modeldə ən çox diqqətə çarpan məqamlardan biri gizlin qapı qollarıdır. “Toyota” ilk dəfə yeni “Toyota C-HR” modelində premium xüsusiyyət kimi qapı dəstəyini görünməz etmişdir.
Ön tərəfdə olduğu kimi arxa hissədə də LED işıqlar hakimdir, belə ki, modelin adı arxa LED lampa ilə birləşərək cazibədar bir görünüş əmələ gətirir.
Bu ecazkar avtomobilin interyerinə nəzər salarkən 64 fərqli rəngdə kabinə işıqlandırılmasını xüsusi qeyd etmək lazımdır. Bu işıqlar xarici işıqlanmaya (hava şəraitinə), daxili istiliyə görə rəngini dəyişir.
Avtomobilin daxili monitor sistemi, düymələrlə idarə olunması, oturacaqları - bir sözlə interyer sizin rahatlığınız üçün hesablanıb. “Toyota Safety Sense” və “Toyota T-Mate” ilə təchiz olunmasına görə idarəetmənin daha rahat və təhlükəsiz həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, aydın informasiya üçün tam yeni 12,3 düyümlük kombimetr də sürücünün seçiminə köklənib.
Yeni “Toyota C-HR” modeli ilə “Toyota” cəsarətli bir addım atmaqla bərabər öz ənənəsinə də sadiq qalır. Səmərəliliyi ilə diqqətləri üzərinə toplayan bu model təkrar emal edilmiş materiallardan hazırlanıb və heç bir heyvan mənşəli məhsullardan istifadə edilməyib. Qabaqcıl texnologiyaların təsiri ilə onun həm çəkisi, həm istehsalı zamanı CO2 emissiyaları azaldılıb ki, bu da ətraf mühiti qorumağa dəstək olur.
Yeni “Toyota C-HR” müştərilərinə aydın və intuitiv təcrübə qazandırmaq üçün nəzərdə tutulub. “Toyota” müştəriyönümlü bu yeni modeli ilə hərtərəfli inkişaf prosesini fərdiləşdirib və istehlakçıya dəyər qatmaq üçün funksionallığı inkişaf etdirib. Belə ki, bu təcrübə hətta sürücü avtomobilə əyləşməmiş başlayır. Sürücü yaxınlaşdıqca maşın onu xüsusi işıqlandırma ilə qarşılayır, oturacaq mövqeyi, alətlər ekranı və multimedia üçün əvvəlcədən saxlanmış parametrlər avtomatik tətbiq edilir.
“Toyota” bütün dünyada tarix yazarkən, yeni “Toyota C-HR” istehlakçılara daha unikal tərz, daha güclü performans və daha yaxşı effektivlik bəxş edəcək.
Yeni “Toyota C-HR” xəyal edilib, dizayn edilib və istehsal edilib. Onun yeni dövrün reallığı ilə birbaşa əlaqəsi var!
Yeniliklərə doğru bir addım atmaq istəyənlər üçün yeni Toyota C-HR!
Yeni Toyota C-HR 1.8L Hybrid və 2.0L Hybrid mühərriklə artıq Toyota Abşeron Mərkəzində sizləri gözləyir.
Ünvan: Bakı-Sumqayıt şossesi 6-cı km. 012 349 00 60/*0110
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
57 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























