AccessBank 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
AccessBank-ın yaydığı press-relizdə bildirilir ki, Bank, 2023-cü il nəticələrinə görə 39.8 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2022-ci ildə 15.0 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı 41.9% və ya 42.3 milyon manat artaraq 143.5 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 2.9 dəfə çoxdur.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:
-Kredit portfeli 24.6% artıb və portfel 1 milyard manatı üstələyib. Hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 013.8 milyon manat təşkil edib.
-Kredit portfelinin 76.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 780.0 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 23.0% və ya 146.0 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 55.3%-i regionların payına düşür.
-Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2023-cü ilin sonuna 1 051.6 milyon manat təşkil edir ki, bu da 2022-ci illə müqayisədə 22.3% çoxdur.
-Əhalinin müddətli əmanətləri ilin əvvəlindən 20.9% artıb və 722.1 milyon manata çatıb.
-AccessBank 2023-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan milli valyutada 51.0 milyon manat həcmində kredit cəlb etmişdir ki, bunun 8.5 milyon manat hissəsi maliyyə sektoru üçün ilk olaraq “yaşıl” maliyyədir.
-Bankın aktivləri 1.4 milyard manata yüksəlib ki, bu da 2022-ci illə müqayisəsədə 19.1% çoxdur.
Faiz gəlirləri 2022-ci il ilə müqayisədə 39.0% artaraq 195.3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2022-ci il ilə müqayisədə 46.0% artaraq 122.0 milyon manata yüksəlib.
-Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.7% artaraq 17.9 milyon manat təşkil edir.
-Xalis əməliyyat mənfəəti 2023-cü ildə 56.3 milyon manata çatıb. 2022-ci ildə eyni göstərici 22.9 milyon manat təşkil edib.
-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 73.7% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
2 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub























