Azərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıb

"Bank VTB (Azərbaycan)" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank VTB (Azərbaycan)" 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 904 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank VTB (Azərbaycan)"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 296 min manat və ya 10,9% azalıb. Xalis mənfəətin azalması mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatdan qayıdan vəsaitin azalması ilə əlaqədardır. Bankın cari fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.
Ötən il "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 34 milyon 972 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 370 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 602 min manat təşkil edib. Həmçinin mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatdan azad olan 9 milyon 676 min manat mənfəətə əlavə edilib. Bank 13 milyon 278 min manat vergilər ödənilənədək mənfəətindən 2 milyon 670 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri 39 milyon 230 min manat, cəmi əməliyyat xərcləri 37 milyon 314 min manat, əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan ehtiyatdan azad olan 12 milyon 272 min manat mənfəətə əlavə edilmişdi. Bank 14 milyon 188 min manat əməliyyat mənfəətindən 2 milyon 284 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Bank VTB (Azərbaycan)"ın cəmi gəlirlərinin 4 milyon 258 min manat azalmasına qarşılıq, cəmi xərcləri 5 milyon 944 min manat azalıb. Xərclərin gəlirlərdən daha çox azalması ilə əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 1 milyon 686 min manat artıb.
2023-cü ildə "Bank VTB (Azərbaycan)" faiz gəlirlərini artırıb. Eyni zamanda, ötən il Bankın qeyri-faiz gəlirlərinin azalması ilə bərabər qeyri-faiz xərcləri də azalıb.
BANK BÖYÜYÜB
2023-cü ildə "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 11 milyon 407 min manat və ya 4,8% artaraq 31 dekabr 2023-cü il tarixində 249 milyon 400 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Ötən il "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 27 milyon 345 min manat artaraq 187 milyon 120 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 4 milyon 367 min manat artaraq 74 milyon 800 min manata, biznes kreditləri portfeli 14 milyon 365 min manat artaraq 64 milyon 551 min manata, ipoteka kreditləri portfeli isə 8 milyon 613 min manat artaraq 47 milyon 769 min manat yüksəlib.
Ötən il "Bank VTB (Azərbaycan)"da fiziki şəxslərin depozitləri 1 milyon 512 min manat artaraq 65 milyon 305 min manata çatıb.
31 dekabr 2023-cü il tarixində "Bank VTB (Azərbaycan)" 83 milyon 638 min manat məcmu kapitala malik olub.
MƏCMU KAPİTALI ARTIB
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları “Bank VTB” İSC (Rusiya Federasiyası) 99.99% və Adıgözəl Ağayevdir (0.01%). Bank 2022-ci ilin sonunda 73 milyon 594 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
7 saat əvvəl
"Cəfər Cabbarlı" - "Nizami"ni birləşdirəcək tunel tikiləcək - Hazırlıq işlərinə başlanılır
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İlk 6 ayda Azərbaycanda 577 yol qəzası baş verib, 313 nəfər həlak olub
-
9 saat əvvəl
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – Video
-
9 saat əvvəl
Azərbaycan şirkəti Özbəkistan və Qırğızıstana balıq yemi məhsulu ixrac edir
-
10 saat əvvəl
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
- 11 saat əvvəl
Son Xəbərlər

"Cəfər Cabbarlı" - "Nizami"ni birləşdirəcək tunel tikiləcək - Hazırlıq işlərinə başlanılır

PAŞA Bankın 40 milyonluq istiqrazlarına böyük maraq

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Kapital Bank “İş dünyasının Oskarı”na layiq görüldü

Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
Ən çox oxunanlar

Azercell ilk 6 ayda 2,5 milyondan çox müraciət qəbul edib

Avqustun 15-də gözlənilən hava şəraiti açıqlanıb

Bank Yeni Gəncə filialının təmir-tikintisi üzrə tender elan edir

“PAŞA Bank”ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Qlobal bazarlar Tramp-Putin görüşünü gözləyir -GÜNƏ BAXIŞ

Ödəniş sektoru şirkətləri kapital tələbini pozurlar - MƏRKƏZİ BANK GÖSTƏRİŞLƏR VERDİ
