Ötən il "Bank of Baku"nun xalis mənfəəti 25 milyon manatdan çox olub
"Bank of Baku" ASC 2023-cü ili 25 milyon 459 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 36 milyon 866 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətdəki 11 milyon 407 min manat və ya 30,9% azalma bir sıra xərclərin artması ilə əlaqədardır. Ötən il də "Bank of Baku"u böyüyüb, gəlirlərini artırıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 141 milyon 721 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 114 milyon 665 min manat, gəlirlər xərclərini üstələdiyindən əməliyyat mənfəəti 27 milyon 56 min manat təşkil edib. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan azad olan 8 milyon 430 min manat mənfəətə əlavə olunub. Bank 35 milyon 487 min manat mənfəətindən 10 milyon 28 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri 111 milyon 874 min manat, cəmi əməliyyat xərcləri 77 milyon 776 min manat, əməliyyat mənfəəti 34 milyon 98 min manat, eyhiyatdan qayıdan məbləğ 12 milyon 103 min manat, ödənilən mənfəət vergisi 9 milyon 335 min manat təşkil etmişdi.
"Bank of Baku"nın cəmi əməliyyat gəlirlərinin 29 milyon 847 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 36 milyon 889 min manat artıb. Xərclərin gəlirlərdən 7 milyon 42 min manat daha çox artması əməliyyat mənfəətinin düşməsinə səbəb olub. Xərclərin artması əsasən depozitlər üzrə faiz xərclərinin və digər xərclərin daha çox artması ilə əlaqədardır.
BANK BÖYÜYÜB – 170 MİLYONA YAXIN ARTIM
Ötən il "Bank of Baku"nın cəmi aktivləri 169 milyon 658 min manat və ya 24,2% artaraq 31 dekabr 2023-cü il tarixində 870 milyon 890 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 81 milyon 509 min manat artaraq 659 milyon 43 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 77 milyon 952 min manat artaraq 476 milyon 55 min manata, ipoteka kreditləri porteli 10 milyon 171 min manat artaraq 34 milyon 896 min manata qalxıb, biznes kreditləri portfeli isə 6 milyon 588 min manat azalaraq 148 milyon 87 min manata geriləyib.
Ötən il "Bank of Baku" qiymətli kağızlara investisiyalarını 2 dəfə artıraraq 44 milyon 733 min manata, digər banklar və digər maliyyə institutlarına verilən kreditləri 2,1 dəfə artıraraq 91 milyon 294 min manata çatdırıb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən il "Bank of Baku"da depozitlər 150 milyon 235 min manat və ya 41,1% artaraq 515 milyon 768 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 145 milyon 660 min manat artaraq 475 milyon 679 min manata, hüquqi şəxslərin depozitləri isə 4 milyon 575 min manat artaraq 40 milyon 89 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Bank of Baku" 140 milyon 501 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 606 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
16 d. əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
30 d. əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 39 d. əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Ən çox oxunanlar
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib
"Samsung" Azərbaycanda bazar payını kəskin itirib
ABŞ Cənubi Koreya üçün gömrük tarifini 15%-ə endirib - avtomobil şirkətlərinin səhmləri bahalaşıb






















