"3,5-4 milyardlıq emissiya geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faizləri artıra bilər"
"Dövlət borcuna xidmətlə bağlı ödənişlərdə, o cümlədən faiz xərclərində artım ehtimalı var.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Palata qeyd edib ki, Büdcə sənədləşməsinə əsasən növbəti ildə birbaşa xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişləri üçün 1,5 mlrd. manatın, daxili dövlət borcu üzrə 2024-cü ildə ödəniləcək əsas borc ödənişləri üçün təqribən 1,6 mlrd. manatın maliyyələşdirilməsi məqsədilə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, kəsirin maliyyələşdirilməsi məqsədilə 1,8 mlrd. manatın borclanma hesabına təmin olunması proqnozlaşdırılır:
"Həmin məbləğin də bir hissəsinin daxili borclanma hesabına qarşılanması ehtimalları diqqətə alındıqda tələb olunan emissiya təqribən 3,5-4,0 mlrd. manat təşkil edər ki, bu da bir tərəfdən emissiya həcminin artması hesabına, digər tərəfdən geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımı ehtimalını yüksəltməklə dövlət borcuna xidmət xərcləri üzrə artımı şərtləndirir".
Hesablama Palatası qeyd edib ki, daxili dövlət borcuna faiz xərcləri növbəti il üçün 500,0 mln. manat nəzərdə tutulmaqla əvvəlki ildən təxminən 2 dəfə çoxdur. Bundan əlavə, dövlət borcunun strukturunda edilməsi ehtimal olunan dəyişiklik (təxminən 9,0 mlrd. manatdan çox dövlət zəmanətinin dövlət borcuna çevrilməsi) də fiskal yükün əhəmiyyətli artımını şərtləndirir.
"Eyni zamanda, məlumatların təhlili göstərir ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” üzrə müəyyən edilən hədd çərçivəsində olsa da, son dövrlərdə dəyişkən faiz dərəcələri ilə borcların payı ümumi strukturda artmaqdadır. Belə ki, 2020-ci ilin iyul ayının 1-nə olan məlumatda müvafiq borcların payı ümumi borcda 37,3% təşkil edirdisə, 2023-cü ilin iyul ayının 1-nə bu göstərici 42,4%-ə bərabər olmuşdur",- Rəydə bildirilir.
2023-cü ilin 1 iyul tarixi vəziyyətinə dövlət borcunun məbləği 16 mlrd. 151,0 mln. manat olmaqla ÜDM-ə nisbəti 14,5% təşkil etmişdir ki, bu da müvafiq nisbətin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədd çərçivəsində olduğunu göstərir. Qeyd edək ki, “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”nin əlavəsinə əsasən dövlət borcu 2023-cü ilin sonuna 26 mlrd. 803,6 mln. manat və 2024-cü il üçün 27 mlrd. 678,0 mln. manat proqnozlaşdırılmışdır ki, bu da ÜDM-in müvafiq olaraq 22,4% və 23,4%-ni təşkil etməklə müvafiq fiskal çərçivə daxilində olduğunu göstərir. Cari ilin 6 ayı ilə müqayisədə 2023-cü ilin sonuna məcmu dövlət borcunda 66,0% və ya 10 mlrd. 652,6 mln. manat artım proqnozlaşdırılır ki, həmin əhəmiyyətli artım dövlət zəmanətinin daxili dövlət borcuna çevrilməsi ilə əlaqəlidir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
55 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
58 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
14 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı





























