Xalq Bank kartları ilə səyahət daha sərfəli!

(®) Xalq Bank “Qatar Airways”lə əməkdaşlıq çərçivəsində geniş səyahət imkanları açan yeni kampaniyaya start verir.
Bu gündən başlayan kampaniyada Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən aviabiletləri 12 %-dək endirimlə əldə etmək mümkün olacaq.
Müştərilər https://www.qatarairways.com/en-az/offers/cug/fly-xalq.html səhifəsində endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olaraq Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.
Qeyd edək ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.
Kampaniya 31.03.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2024-cü il tarixədəkdir.
Təklif yoladüşmə yeri Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.
Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də www.cardorder.xalqbank.az linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.
Xalq Bankın təqdim etdiyi məhsul və xidmətləri barədə məlumatları isə Bankın filial şəbəkəsindən, https://xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat sonra
-
4 saat əvvəl
Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR
-
4 saat əvvəl
"JAC Yük Avtomobilləri Satış Mərkəzi" Caspian Agro 2025 sərgisində iştirak edir
-
-
4 saat əvvəl
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
-
5 saat əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2025" sərgisində iştirak edir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
-
7 saat əvvəl
BOKT "International”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR

Birjadan "FINCA Azerbaijan"ın istiqrazları barədə qərar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Ən çox oxunanlar

“Para BOKT” maliyyə göstəricilərini açıqladı

Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib

Prezident İlham Əliyev sərgilər ilə tanış olub

Sabahın hava proqnozu açıqlandı
