Türkiyənin dövlət bankı Azərbaycanda sürətlə böyüyür
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 2023-cü ilin 9 ayı ərzində 183 milyon manata yaxın artaraq 712 milyon manata yaxınlaşıb.
"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 6 milyon 413,5 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 6 milyon 180,8 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 232,7 min manat və ya 3,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.Əgər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma 2 dəfədən çox artmasaydı Bankın xalis mənfəəti daha yüksək məbləğdə olardı.
FAİZ GƏLİRLƏRİ 50 FAİZDƏN ÇOX ARTIB
Marja.az-ın məlumatına görə, "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə 10 milyon 977 min manat və ya 54,2% artaraq 31 milyon 230 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 660 min manat və ya 17,8% artaraq 10 milyon 968 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 198,5 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 24 milyon 177 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 21,5 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 11 milyon 608 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın əməliyyat mənfəəti 12 milyon 633,6 min manat təşkil etmişdi və ehtiyata 5 milyon 463,8 min manat ayırmışdı.
Bu il "Ziraat Bank Azərbaycan"ın bölüşdürülməmiş mənfəəti 6 milyon 414 min manat artaraq 41 milyon 120 min manata çatıb.
BANK KƏSKİN BÖYÜYÜB
"Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayı ərzində 182 milyon 828 min manat və ya 34,6% artaraq 30 Sentyabr 2023-cü il tarixində 711 milyon 727 min manat təşkil edib. Əgər cari ilin 4-cü rübündə və gələn il aktivlərin artım sürəti azı builki səviyyədə qalarsa gələn il "Ziraat Bank Azərbaycan" aktivləri 1 milyard manatdan çox olan banklar sırasına daxil ola bilər.
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin 9 ayında 40 milyon 303 min manat və ya 12,7% artaraq 357 milyon 882 min manata çatıb.
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
"Ziraat Bank Azərbaycan"da depozitlər 2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin sonu ilə müqayisədə 173 milyon 603 min manat və ya 54,6% artaraq 491 milyon 409 min manata çatıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri 46 milyon 620 min manat və ya 46,7% artaraq 146 milyon 489 min manata çatıb. Bankda hüquqi şəxslərin tələbli depozitləri isə 152 milyon 640 min manat və ya 2,4 dəfə artaraq 258 milyon 343 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 Senyabr 2023-cü il tarixində "Ziraat Bank Azərbaycan" 109 milyon 753 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 102 milyon 394 min manat məcmu kapitala malik idi.
"Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları Türkiyənin dövlət bankı "T.C.Ziraat Bankası" (99.98%), "Ziraat Teknoloji" (0.01%) və "Ziraat Yatırım Menkul Değerler"dir (0.01%).
Müştərilərin xəbərləri

"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi

“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Mazda Azərbaycandan eksklüziv kampaniya - 2000 L benzin, KASKO, qeydiyyat xərcləri HƏDİYYƏ olunur!
-
9 saat əvvəl
Ərdoğan: Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır
-
-
9 saat əvvəl
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Sahibkarların 30 layihəsinə 500 min manatdan çox qrant ayrılacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Moody’s" “Cənub Qaz Dəhlizi” QSC-yə investisiya reytinqi verib
- 12 saat əvvəl
Son Xəbərlər

Mazda Azərbaycandan eksklüziv kampaniya - 2000 L benzin, KASKO, qeydiyyat xərcləri HƏDİYYƏ olunur!

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

"Sizin Lombard"ın faiz gəliri və xalis mənfəəti artıb

Sahibkarların 30 layihəsinə 500 min manatdan çox qrant ayrılacaq

"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi

Dövlət daha 359 mənzili kirayə ilə satır

"Moody’s" “Cənub Qaz Dəhlizi” QSC-yə investisiya reytinqi verib

"Qardaşlar Mebel" 2024-cü ili mənfəət ilə başa vurub

"Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək"

Beynəlxalq agentlik Azərbaycanın kredit reytinqini yüksəltdi

Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı manatla istiqraz buraxacaq

"Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq"

"Azərişıq" gəlirinin böyük hissəsini xərcləyib

Zirvə görüşü keçirilir - CANLI
