ABB-nin 6 aylıq nəticələrinə EY audit şirkəti ilkin rəy verdi: 163 milyon manat xalis mənfəət
"ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 30 iyun 2023-cü il tarixinə olan konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB" ASC-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin - "ABB-Moskva" bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest” QSC-nin (birlikdə Qrup) maliyyə göstəricilərini də əks etdirir.
Marja.az hesabatlara istinadən xəbər verir ki, ABB Qrupunun xalis mənfəəti 2023-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 857 min manat və ya 26,2% artaraq 163 milyon 204 min manat təşkil edib. Bank 2022-ci ilin ilk 6 ayında 129 milyon 347 min manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ ARTIB
ABB Qrupunun 2023-cü ilin ilk 6 ayında müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 34 milyon 381 min manat və ya 19% artaraq 215 milyon 625 min manat, haqq və komissiya gəlirləri isə 9 milyon 370 min manat və ya 16,9% artaraq 64 milyon 884 min manat təşkil edib.
ABB Qrupunun 2023-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyalardan gəliri 25 milyon 419 min manat və ya 2 dəfədən çox artaraq 49 milyon 606 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Bankın qiymətli kağızlara investisiyalardan gəliri 24 milyon 187 min manat olmuşdu.
ABB Qrupunun 2023-cü ilin ilk 6 ayında pul və pul vəsaitləri ekvivalentlərindən gələn faiz gəlirləri 58 milyon 62 min manat artaraq 66 milyon 211 min manat təşkil edib.
BÖYÜKLÜYÜ 12 MİLYARD MANATDAN ÇOXDUR
ABB Qrupu 30 iyun 2023-cü il tarixində 12 milyard 402 milyon 467 min manat cəmi aktivlərə malik olub. Qrup ötən ilin sonuna 14 milyard 177 milyon 619 min manat cəmi aktivlərə malik idi. Aktivlərinin düşməsinin əsas səbəbi müştərilərin hesablarındakı vəsaitlərin 2 milyard 127 milyon 576 min manat azalaraq 9 milyard 124 milyon 445 min manata geriləməsi ilə əlaqədardır.
KREDİT PORTFELİ 4 MİLYARD MANATI AŞIB
ABB Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər 30 iyun 2022 - 30 iyun 2023-cü il dövründə 636 milyon 182 min manat artaraq 4 milyard 37 milyon 240 min manata çatıb.
Qeyd edək ki, "ABB" ASC-nin nizamnamə kapitalının 96,6%-i dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
3 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
3 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
4 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
























