Fidan Lavrovla taxıl sazişini müzakirə etmək niyyətindədir
“Yeni Şafak” qəzetinin yazdığına görə, bundan sonra Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tuta bilər."Türkiyə hakimiyyəti iyulun 17-də icrası dayandırılmış taxıl sazişi ətrafında vəziyyətin inkişafı üçün üç ssenarini müzakirə edir. Xarici işlər naziri Hakan Fidan məsələnin nəticələrini rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə müzakirə etməyi planlaşdırır, bundan sonra prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tuta bilər".
Marja.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzeti xəbər verir.
Birinci ssenariyə görə, mövcud vəziyyətdən çıxış yolu tapılmayacaq və bu, “ərzaq böhranının kəskinləşməsinə” gətirib çıxaracaq, bu isə Rusiya, Ukrayna və ABŞ-ın maraqlarına uyğun gəlmir. Belə olan halda tərəflər arasında dialoq kanalları tamamilə bağlanacaq, “hərbi gərginlik artacaq”.
İkinci ssenari Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasını nəzərdə tutur.
Üçüncü ssenariyə görə, “Rusiyanın bəzi narahatlıqları aradan qaldırıldıqdan” sonra taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edəcək. Qəzetin fikrincə, bu, “bütün tərəflərin faydalanacağı və qlobal ərzaq böhranının qarşısını alacaq yeganə variantdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”






























