"Boyun qaçıran şirkətlərə dövlət subsidiyaları verilməyəcək" - Putin valyuta ilə bağlı yeni təkliflərə baxacaq
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü, avqustun 16-da valyuta nəzarəti ilə bağlı yeni təkliflərə baxacaq. Belə ki, Rusiya Maliyyə Nazirliyi ixracatçıları valyuta gəlirlərinin bir hissəsini satmağa məcbur etməyi təklif edəcək.
Marja.az xəbər verir ki, bu barədə iki mənbə "Financial Times"a bildirib.
Qəzet yazır ki, Maliyyə Nazirliyi ixracatçıları valyuta gəlirlərinin 80%-ni aldıqdan sonra 90 gün ərzində satmağa məcbur etməyi təklif edəcək və bu tələbl əməl etməkdən boyun qaçıran şirkətlərə dövlət subsidiyaları verilməyəcək.
Digər təkliflər arasında xaricə dividendlərin ödənilməsinə qadağa qoyulması, idxal subsidiyalarının ləğvi, valyuta svopları ilə əməliyyatların məhdudlaşdırılması, ixracatçıların Rusiyadan çıxara biləcəyi valyutanın həcminin azaldılması daxildir.
Bir gün əvvəl "Bloomberg" xəbər verib ki, rəsmilər ixracatçılarla görüş keçirib. Görüşdə valyuta gəlirlərinin bir hissəsinin məcburi satışı tələbi müzakirə edilib. Agentliyin həmsöhbətləri yekun qərarın hələ verilmədiyinə aydınlıq gətirib.
Xəbər verdiyimiz kimi, Avqustun 9-da Rusiya Mərkəsi Bankı ilin sonuna qədər daxili bazarda xarici valyuta almayacağını açıqlayıb. Bank, büdcə qaydasını (neft və ya qazın qiyməti büdcədə nəzərdə tutulmuş qiymətdən yüksək olarsa, ixracatçılardan gəlirin bir hissəsi alınır) müvəqqəti olaraq dayndırdığını bəyan edib. Dünən Rusiya Mərkəzi Bankı daxili tələbi məhdudlaşdırmaq və inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini 3,5 faiz bəndi artıraraq 8,5%-dən 12%-ə qaldırıb. Bütün bu tədbirlər ilə rublun ucuzlaşmasının dayandırılması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”






























