Daha bir Bankın maliyyə vəziyyəti məlum oldu - MƏNFƏƏTİ KƏSKİN ARTIB
"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 3 milyon 604 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 361 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2 milyon 243 min manat və ya 2,6 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5 milyon 3 min manat və ya 41,3% artaraq 17 milyon 124 min manat, qeyri-faiz gəlirləri isə 951 min manat və ya 11,3% artaraq 9 milyon 332 min manat təşkil edib.
2023-cü ilin ilk 1-ci yarısında "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 26 milyon 456 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 344 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 112 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2 milyon 276 min manat ayırıb və 1 milyon 230 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci yarısında "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 4 milyon 488 min manat təşkil etmişdi.Beləlikl, bankın xalis mənfəətinin artması ehtiyat hesabına deyil, əməliyyat gəlirlərindən qaynaqlanır.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə ilk 6 ayda 10,8% azalaraq 30 iyun 2023-cü il tarixində 429 milyon 849 min manat təşkil edib. Qeyd edək ki, Bankın aktivlərinin azalması "nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" bəndi üzrə azalma ilə əlaqədardır.
2023-cü ilin yanvar-iyun dövründə Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 6% və ya 14 milyon 335 min manat artaraq 251 milyon 279 min manata çatıb. "Yapı Kredi Bank Azərbaycan"ın istehlak kreditləri portfeli 6 milyon 856 min manat artaraq 52 milyon 163 min manata, biznes kreditləri portfeli 1 milyon 790 min manat artaraq 170 milyon 955 min manata, ipoteka kreditləri portfeli 5 milyon 690 min manat artaraq 28 milyon 161 min manata yüksəlib.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ARTIB
"Yapı Kredi Bank Azərbaycan"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 16,7% azalaraq 303 milyon 203 manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 3,7% aratarq 83 milyon 703 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 22,5% azlaraq 219 milyon 501 min manata geriləyib.
30 İyun 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" 79 milyon 537 min manat məcmu kapitala malik olub.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin nizamnamə kapitalının 99.8%-i "YapıKredi Bank AŞ"yə, 0,1%-i "Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş"yə, 0,1%-i "Yapı Kredi Finansal Kıralama A.O"ya məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
-
41 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib





























