Biznes kreditlərinə tələbin artım tempi əhəmiyyətli dərəcədə səngiyib
2023-cü ilin I rübündə biznes kreditlərinə tələbin artım tempi əhəmiyyətli dərəcədə səngimişdir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Qeyd edilib ki, xarici valyutada verilən biznes kreditləri üzrə isə tələb azalmışdır.
Banklar 2023-cü ilin II rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
Biznes, o cümlədən, KOS subyektləri kreditləri üzrə tələb artımını səngidən əsas faktorlar faiz dərəcələri, investisiya və dövriyyə kapitalı ehtiyacı üzrə yumşaldıcı təsirin azalması olmuşdur.
Biznes subyektlərinin borclanma səviyyəsində artım tendensiyası davam etmişdir. Artım əsasən mikro və KOS subyektləri üzrə müşahidə edilmişdir.
Qeyd edilib ki, 2023-cü ilin I rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rüblərlə müqayisədə yumşalma trendində səngimə meylləri görünür. Xarici valyutada verilən biznes kreditləri üzrə kredit standartlarında isə sərtləşmə davam etmişdir. Bankların 2023-cü ilin II rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların, uzunmüddətli və xarici valyutada verilən kreditlərdə isə sərtləşmələrin olacağı proqnozlaşdırılır.
2023-cü ilin I rübündə borcalanların təminatının keyfiyyəti və bu təminatların reallaşması, maliyyələşmə dəyəri, habelə, iri kreditorların maliyyə vəziyyətinə dair risk faktorları biznes kreditləri üzrə kredit standartlarına sərtləşdirici təsir göstərmişdir. Banklarla rəqabət, o cümlədən, ümumi iqtisadi faktorlar standartlara yumşaldıcı təsir göstərsə də, uçot faiz dərəcəsi və inflyasiya sərtləşdirici təsir etmişdir. Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə olmuşdur.
2023-cü ilin I rübündə KOS subyektləri üzrə kreditlərin verilmə standartlarında əsasən yumşalmaların səngiməsi müşahidə edilmişdir. Cari ilin ilk rübündə ümumi iqtisadi gözləntilər və banklarla rəqabət KOS subyekləri üzrə kreditlərin verilmə standartlarına yumşaldıcı, təminatın keyfiyyəti və reallaşması, həmçinin inflyasiya və uçot dərəcəsi gözləntiləri sərtləşdirici təsir göstərmişdir. Sorğu nəticələrinə əsasən KOS subyekləri üzrə verilən biznes kreditləri şərtlərində banklar əksər komponentlər üzrə sərtləşməyə getmiş və ya yumşaltma tempini zəiflətmişlər.
2023-cü ilin I rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə bu linkdən tanış olmaq olar.
Sorğunun məqsədi bank sektorunun kreditləşmə fəaliyyətinin monitorinqi və təhlili, maliyyə sabitliyinə təhdidlərin erkən rejimdə aşkarlanması, qiymətləndirilməsi və müvafiq prudensial siyasətin müəyyən edilməsi, habelə maliyyə sektoru iştirakçılarının müvafiq trendlər barədə məlumatlandırılmasıdır.
Sorğu keyfiyyət xarakterli suallardan ibarətdir və cavablandırılması kəmiyyət qiymətləndirməsi tələb etmir. Sorğunun nəticələrinin kəmiyyət vahidlərinə çevrilməsi üçün balans statistikası metodologiyasından istifadə edilir. İndeks mənfi 100%-dən müsbət 100%-ə qədər dəyişir. Müsbət 100% indeks respondentlərin 100%-nin trenddə əhəmiyyətli yumşalma və ya artım, mənfi 100% indeks isə respondentlərin 100%-nin əhəmiyyətli dərəcədə sərtləşmə və ya azalma müşahidə etdiyini göstərir. İndeks 0% olduqda isə əvvəlki rüblə müqayisədə trendin dəyişmədiyini bildirir. İndeks hesablanarkən, bankın ölçüsündən asılı olmayaraq respondentlərin cavablarına bərabər çəki verilir.
Sorğunun respondentləri bankların baş kredit inzibatçısı və yaxud İdarə Heyətinin müvafiq sahə üzrə kuratorlarıdır.
Sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat 2023-cü ilin I rübü üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin cari və gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
-
4 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
4 saat əvvəl
“İran razılaşmasa, daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”
-
4 saat əvvəl
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
-
5 saat əvvəl
Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib
-
5 saat əvvəl
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
Ən çox oxunanlar
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq














.jpg)








