İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda görüşlər keçirib
Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Bu çərçivədə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığı, enerji, nəqliyyat-tranzit, turizm, regional əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb, sənədlər imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki. səfər çərçivəsində nümayəndə heyəti Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Nümayəndə heyəti həmçinin, Gürcüstanın Qəhrəmanlar Meydanını ziyarət edib, bu ölkənin azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla anıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Baş nazir iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Dövlət başçılarının qarşılqlı səfərləri zamanı müzakirə edilmiş məsələlər və potensial layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, Azərbaycanın etibarlı tərəfdaş kimi regional layihərin həyata keçirilməsində oynadığı rol vurğulanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın hazırki səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb, Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərə görə təşəkkürünü ifadə edib. Nazir Mikayıl Cabbarov Azərbaycanın Gürcüstanla əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün geniş imkanların, habelə investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, xarici sərmayədarlar üçün yaradılan imkanları diqqətə çatdırıb, gürcü iş adamlarını bu işgüzar mühitdən yararlanmağa dəvət edib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, SOCAR-ın Gürcüstandakı fəaliyyəti, həyata keçirilmiş layihələr, habelə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq məsələlərinə dair fikirlərini bildirib, nəqliyyat-tranzit, enerji, turizm və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün potensialı diqqətə çatdırıb. Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir, ticarət əlaqələrimizdə müsbət dinamika müşahidə edilir.
Levan Davitaşvili tərəfdaşlığın şaxələndirilməsi barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini, Gürcüstan şirkətlərinin ölkəmizdə həyata keçirilən potensial investisiya layihələrində iştirakda marağını qeyd edib.
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və mühüm rolunu vurğulayıb, Ulu Öndərin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də inkişaf etdiyini diqqətə çatdırıb. Tədbirdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat naziri sənaye, ticarət, investisiya, alternativ və bərpa olunan enerji, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin önəmini diqqətə çatdırıb.
Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında, Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaya iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.
Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə də KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər keçirilib.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
8 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
8 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
