Dünyaca məşhur GRG brendinin yeni nəsil bankomatları artıq Azərbaycanda!
GRG bankomatları nəinki vaxta qənaət etmək, həm də rahatlıq gətirən və həyatı asanlaşdıran çox səmərəli bankomatlardır.(®) Azərbaycan bazarında lider olan “NBA Technologies International” MMC şirkəti sizə dünyaca məşhur GRG brendindən olan yeni nəsil bankomatları təqdim edir.
Azərbaycan bazarında 20 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan bank və retail sektorunda daim yeniliklər gətirən “NBA Technologies İnternational” MMC şirkəti, 16–19 May 2023-cü il tarixində Fairmont otelində keçirilən TTUG23 (TranzWare/TranzAxis User Group 2023) forumunun baş sponsoru olaraq Azərbaycan banklarına ATM istehsalında dünyanın lider şirkəti olan Çinin GRG şirkəti ilə əməkdaşlığını anons edib.
Bununla yanaşı “NBA Technologies İnternational” MMC şirkəti Azərbaycan bazarına GRG şirkətinin ən son modeli olan H68VL seriyalı bankomatlarının ətraflı təqdimatını keçirib.
Tədbirdə iştirak edən bank nümayəndələri GRG bankomatlarının funksionallığı ilə yaxından tanış olaraq bu yeni nəsil bankomatlara olduqca maraq göstəriblər.
Dünyaca məşhur GRG öz məhsullarının istehsalında yüksək etibarlılıq və rəqabət qabiliyyətli qiymətləri əsas götürür. GRG bankomatları nəinki vaxta qənaət etmək, həm də rahatlıq gətirən və həyatı asanlaşdıran çox səmərəli bankomatlardır.

H68VL/H68L seriyası müştərilərin tələblərinə cavab vermək üçün genişləndirmə qabiliyyətini qoruyarkən yüksək tutumlu nağd pulun emalını və yüksək əməliyyat təhlükəsizliyini təmin edən yeni nəsil resirkulyasiya bankomatlarıdır.

GRG bankomatları innovativ materiallardan hazırlanır ki, bu da öz növbəsində texniki xidmətin ağırlığını və mürəkkəbliyini minimuma endirir, eyni zamanda avadanlığın xidmət müddətini artırır.
Bu bankomatlara əlavə üstünlüklər verən təhlükəsizlik xüsusiyyətlərinə aşağıdakılar daxildir:

Üstünlüklər
Kartın çıxarılması və balansın doldurulması kimi standart əməliyyatlara əlavə olaraq, H68VL seriyalı bankomatlar kartsız nağd pul çıxarılmasını həyata keçirməyə, smart cihazlarla qarşılıqlı əlaqə yaratmaq üçün NFC - təmassız kart oxuxuyucudan istifadə etməyə imkan verir. Əlavə olaraq, son zamanlar bütün dünyada çox istifadə olunan QR oxuyucu kimi qurğuları özündə cəmləşdirir. İstifadəçi ATM-dən istifadə prosesində çətinliklə üzləşdiyi halda, müştərilərə tövsiyələr vermək üçün distant yardım funksiyası mövcuddur.
Bütün bunlar sübut edir ki, GRG bankomatları əngəlsiz yerləşdirmə və müştəri məmnuniyyətinin tədricən yaxşılaşdırılması üçün mükəmməl seçimdir.
GRG bankomatları dəyişən tələblərinizlə ayaqlaşmaqla yanaşı, filialınızla müştərilər arasında rahat ünsiyyət vasitəsini də təmin edir.
Əlaqə:
Tel: +(994) 12 464 89 22, *2700
Site: www.nbatech.az
E-mail: info@nbatech.az
Instagram: nbatech.az
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
5 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
5 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
6 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub






















