ABB ötən il üzrə audit olunmuş maliyyə göstəricilərini açıqladı - 289 MİLYON MANAT XALİS MƏNFƏƏT
ABB qrupu 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə konsolidasiya edilmiş maliyyə hesabatlarını dərc edib. Maliyyə hesabatlarındakı göstəricilərə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin, “ABB-Moskva” MMC-nin, “ABB − GEO” QSC-nin, “Azərikard” MMC-nin, “Beynəlxalq Lizinq Şirkəti” MMC-nin və “ABB-İnvest” QSC-nin maliyyə göstəriciləri daxildir.
XALİS MƏNFƏƏTİ 2 DƏFƏDƏN ÇOX ARTIB
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, ABB qrupu 2022-ci ili 288 milyon 782 min manat xalis mənfəətlə başa vurub. Qrup 2021-ci ili 139 milyon 592 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, keçən il ABB qrupunun xalis mənfəəti 149 milyon 190 min manat və ya 2,1 dəfə artıb.
FAİZ XƏRCLƏRİ AZALIB, FAİZ GƏLİRLƏRİ ARTIB
ABB qrupunun faiz gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 153 milyon 794 min manat və ya 34,8% artaraq 595 milyon 769 min manat təşkil edib. Qrupun faiz xərcləri isə 5 milyon 126 min manat və ya 4,4% azalaraq 111 milyon 105 min manata düşüb. 2021-ci ildə qrupun cəmi faiz gəlirləri 441 milyon 975 min manat, cəmi faiz xərcləri 116 milyon 231 min manat təşkil etmişdi. O cümlədən, ötən il müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 28,2% artaraq 380 milyon 941 min manat, investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 54,4% artaraq 61 milyon 452 min manat olub.
HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ 100 MİLYON SƏVİYYƏSİNİ AŞIB
ABB qrupunun haqq və komissiya gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 33 milyon 789 min manat və ya 40,5% artaraq 117 milyon 239 min manat təşkil edib. 2021-ci ildə Qrupun haqq və komissiya gəlirləri 83 milyon 450 min manat olmuşdu. O cümlədən, keçən il Qrupun dilinq üzrə gəliri 82% artaraq 107 milyon 950 min manata yüksəlib.
ÖTƏN İL QRUP 79 MİLYON MANATA YAXIN MƏNFƏƏT VERGİSİ ÖDƏYİB
Keçən il ABB qrupunun mənfəət vergisi xərcindən əvvəl mənfəəti 2 dəfədən çox artaraq 367 milyon 666 min manat təşkil edib (2021-ci ildə 183 milyon 74 min manat təşkil etmişdi). Ötən il Qrup 78 milyon 884 min manat mənfəət vergisi ödəyib.
"ABB" qrupunun cəmi aktivləri 2022-ci ildə 2021-ci illə müqayisədə 2 milyard 424 milyon 360 min manat və ya 20,6 % artaraq 14 milyard 177 milyon 619 min manata yüksəlib. 2021-ci ilin sonunda Qrupun cəmi aktivləri 11 milyard 753 milyon 259 min manata çatmışdı. O cümlədən, keçən il müştərilərə verilmiş kreditlər 442 milyon 290 min manat və ya 14,9% artaraq 3 milyard 401 milyon 58 min manata, qiymətli kağızlara investisiyalar 1 milyard 646 milyon 481 min manat və ya 2,5 dəfə artaraq 2 milyard 727 milyon 517 min manata, digər banklardan və maliyyə təşkilatlarından alınacaq məbləğlər 1 milyard 444 milyon 179 min manat və ya 33,8 dəfə artaraq 1 milyard 488 milyon 178 min manata çatıb.
Ötən il ABB qrupundakı müştəri hesablarında vəsaitlər 2 milyard 555 milyon 430 min manat və ya 29,4% artaraq 31 dekabr 2022-ci il tarixində 11 milyard 252 milyon 21 min manat olub.
31 dekabr 2022-ci il tarixində ABB qrupu 1 milyard 225 miylon 648 min manat səhm kapitalına malik olub. Qrupun səhmdarları Azərbaycan Respublikası Maliyyə Nazirliyi (92.56%), Əmlak Məsələləri üzrə Dövlət Xidməti (3.81), “Aqrarkredit” QSC (0.23%) və digər şəxslərdir (3.40%).
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
6 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
7 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
7 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
7 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
8 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"







.jpg)







.jpg)





