Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bank Respublika" daha iki göstəricidə 1 milyard manat səviyyəsinə yaxınlaşıb

"Bank Respublika"nın kredit və depozit portfelləri 1 milyard manat səviyyəsinə yaxınlaşıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika" daha iki göstəricidə 1 milyard manat səviyyəsinə yaxınlaşıb

Azərbaycanın ən böyük 5 bankından biri olan "Bank Respublika" ASC 2023-cü ilin 1-ci rübünü 9 milyon 718 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 6 milyon 42 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Bank Respublika"nın xalis mənfəəti 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 3 milyon 676 min manat və ya 60,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.

Marja.az xəbər verir ki, "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 16 milyon 622 min manat və ya 46,7% artaraq 52 milyon 233 min manata çatıb. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri  35 milyon 611 min manat təşkil etmişdi. 

"Bank Respublika"nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 11 milyon 111 min manat və ya 37,1% artaraq 41 milyon 33 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat xərcləri  29 milyon 922 min manat təşkil etmişdi. 

2022-ci ilin 1-ci rübündə "Bank Respublika"nın əməliyyat mənfəəti 5 milyon 689 min manat ikən, 2023-cü ilin 1-ci rübündə 11 milyon 200 min manat olub (əməliyyat mənfəəti 2 dəfə artıb).

Eyni zamanda, 2023-cü ilin ilk rübündə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 454 min manat mənfəətə əlavə edilib və "Bank Respublika"nın mənfəəti 11 milyon 654 min manata yüksəlib. Bank ilk rübdə 1 milyon 936 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə ehtiyatdan azad qayıdan 352 min manat mənfəətə əlavə edilmiş və Bankın mənfəəti 6 milyon 42 min manata yüksəlmişdi.

"Bank Respublika"nın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb. O cümlədən, Bankın "digər banklara və maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri" və "digər banklar və  maliyyə institutlarındakı depozitləri üzrə faiz gəlirləri" də ciddi nisbətlərdə artıb.

31 Mart 2023-cü il tarixində  "Bank Respublika"nın cəmi aktivləri 1 milyard 645 milyon  813 min manata çatıb. Ötən ilin sonu ilə müqayisədə (1 milyard 584 milyon 857 min manat) Bankın cəmi aktivləri 60 milyon 956 min manat və ya 3,8% artıb.

"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə 19 milyon 937 min manat artaraq 31 mart 2023-cü il tarixində  982 milyon 497 min manat təşkil edib. O, cümlədən, bankın istehlak kreditləri portfeli 3 milyon 171 min manat artaraq 230 milyon 771 min manata, biznes kreditləri portfeli 14 milyon 899 min manat artaraq 673 milyon 14 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 868 min manat artaraq 78 milyon 472 min manata yüksəlib. 

2023-cü ilin ilk rübündə "Bank Respublika"nın depozit portfeli 12 milyon 635 min manat artarq 978 milyon 528 min manata çatıb. Bankda fiziki şəxslərin depozitləri 15 milyon 270 min manat artaraq 574 milyon 233 min manata yüksəlib, hüquqi şəxslərin depozitəri isə 2 milyon 636 min manat azalaraq 404 milyon 294 min manata düşüb. 

31 Mart 2023-cü il tarixində  "Bank Respublika" 135 milyon 152 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 468 min manat məcmu kapitala malik idi.

27.04.2023 06:20
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ