"AccessBank" xalis mənfəətinin 7 dəfəyə yaxın artdığını açıqladı

"AccessBank" QSC 2023-cü ilin ilk rübünü 5 milyon 460 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 803 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 6,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az xəvbər verir ki, "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 14 milyon 444 min manat və ya 39,8% artaraq 46 milyon 931 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 6 milyon 216 min manat və ya 20,6% artaraq 36 milyon 325 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 32 milyon 487 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 109 min manat təşkil etmişdi.
"AccessBank"ın 2023-cü ilin ilk rübündə 10 milyon 606 min manat əməliyyat mənfəətindən 5 milyon 146 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bank 2022-ci ilin ilk rübündə 2 milyon 378 min manat əməliyyat mənfəətindən 1 milyon 575 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı. İlk rübdə Bankın əməliyyat mənfəəti 4,5 dəfə artıb. Əgər ehtiyata ayırma 3,3 dəfə artmasaydı, "AccessBank"ın xalis mənfəəti daha böyük məbləğdə olardı.
AKTİVLƏRİ 90 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "AccessBank"ın cəmi aktivləri 90 milyon 985 min manat artaraq 1 milyard 259 milyon 840 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 64 milyon 361 min manat artaraq 877 milyon 910 min manata çatıb. Ötən ilin sonunda Bankın cəmi aktivləri 1 milyard 168 milyon 855 min manat, o cümlədən kredit portfeli 813 milyon 549 min manat təşkil etmişdi.
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "AccessBank"ın istehlak kreditləri portfeli 24 milyon 503 min manat artaraq 198 milyon 718 min manata, biznes kreditləri portfeli 39 milyon 999 min manat artaraq 674 milyon 16 min manata yüksəlib, ipoteka kreditləri portfeli isə 141 min manat azalaraq 5 milyon 176 min manata düşüb.
DEPOZİT PORTFELİ 1 MİLYARD MANATA YAXINLAŞIB
İlk rübdə "AccessBank"da depozitlər 88 milyon 710 min manat artaraq 948 milyon 764 min manata, o cümldən fiziki şəxslərin depozitləri 31 milyon 724 min manat artaraq 750 milyon 737 min manata, hüquqi şəxslərin depozitləri 56 milyon 986 min manat artaraq 198 milyon 27 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "AccessBank" 107 milyon 598 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101 milyon 130 min manat məcmu kapitala malik idi.
XXX
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank, 2023-cü ilin 1-ci rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.
Belə lki,
- Kredit portfeli rüb ərzində 7.9% artaraq, 877.9 milyon manata yüksəlib.
- Kredit portfelinin 76.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Rüb ərzində biznes portfeli 6.3% və ya 40.0 milyon manat artıb. Rüb ərzində verilmiş biznes kreditlərinin 50.9%-i regionların payına düşür.
AccessBank-ın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Faiz gəlirləri 39.1% artaraq, 42.7 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 49.4% artıb və 26.1 milyon manata yüksəlib.
- Qeyri-faiz gəlirləri 1.4 dəfə artaraq, 4.2 milyon manatı ötüb.
- Xalis əməliyyat mənfəəti 3.5 dəfə artaraq, 10.6 milyon manata çatıb.
- Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 6.8 dəfə artaraq 5.5 milyon manata çatıb.
Bütövlükdə, Bankın aktivləri rüb ərzində 7.8% artaraq, hesabat dövrünün sonunda 1.3 milyard manata çatıb.
- Eyni zamanda, bankın likvid aktivləri 274.5 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 21.8%-i həcmindədir.
- Depozit portfeli rüb ərzində 10.3% artıb və l rübün sonuna 948.8 milyon manat təşkil edir.
- Əhalinin müddətli əmanətləri rüb ərzində 5.1% artaraq, 627.5 milyon manata çatıb.
AccesBankın kapital buferi də böyüyüb. Rüb ərzində məcmu kapitalın həcmi 6.4% və ya 6.5 milyon manat artaraq 107.6 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır.
Hesabat dövrünə cəmi müştərilərin sayı 535 minə yüksəlib.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın rüblük göstəricilərini şərh edib: ”Komandamızın davamlı və güclü fəaliyyətini görməyə şadıq. Bank strategiyasını yerinə yetirmək üzrə tam gücü ilə işləyir və biz bütün biznes seqmentlərimizdə artım görməkdən çox məmnunuq.”
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
1 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
2 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
2 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 2 gün əvvəl
-
2 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
