Azərbaycandakı Türkiyə kapitallı bankın böyüklüyü 600 milyon manat səviyyəsini aşıb
"Zirat Bank Azərbaycan" ASC 2023-cü ilin 1-ci rübünü 3 milyon 335 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 2 milyon 50 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Zirat Bank Azərbaycan"ın xalis mənfəəti 1 milyon 285 min manat və ya 62,6% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Zirat Bank Azərbaycan" cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 3 milyon 301 min manat və ya 32,3% artaraq 13 milyon 529 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 1 milyon 923 min manat və ya 37,3% artaraq 7 milyon 72 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 10 milyon 228 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 149 min manat təşkil etmişdi.
AKTİVLƏRİ 600 MİLYON MANAT SƏVİYYƏSİNİ KEÇİB
31 mart 2023-cü il tarixində "Zirat Bank Azərbaycan" ASC 617 milyon 408 min manat cəmi aktivlərə, o cümlədən 326 milyon 484 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Ötən ilin sonunda Bank 528 milyon 899 min manat cəmi aktivlərə, o cümldən 317 milyon 579 min manat kredit portfelinə malik idi. Cari ilin ilk rübündə "Zirat Bank Azərbaycan"ın cəmi aktivləri 88 milyon 509 min manat, o cümlədən kredit portfeli 8 milyon 905 min manat artıb.
Cari ilin ilk rübündə "Zirat Bank Azərbaycan"da depozitlər 74 milyon 109 min manat və ya 23,3% artaraq 391 milyon 915 min manata yüksəlib.
31 Mart 2023-cü il tarixində Zirat Bank Azərbaycan" ASC 106 milyon 695 min maant məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 96 milyon 644 min manat məcmu kapitala malik idi.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin dövlət bankı "Ziraat Bankası"nın Azərbaycandakı törəməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
10 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
11 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib


























.jpg)

