Bu bank daha da böyüyüb, ilk rübü 10 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb
"Bank of Baku" 2023-cü ilin ilk rübünü xalis mənfəət ilə başa vurub, gəlirləri, kredit və depozit portfelləri, məcmu kapitalı artıb."Bank of Baku" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 9 milyon 539 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 883 min manat xalis mənfəət ilə bağlamışdı.
"Bank of Baku"nın xalis mənfəətinin dinamikasına mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan vəsaitin məbləği və ödənilən mənfəət vergisi təsir göstərib. İlk rübdə "Bank of Baku"nun cəmi gəlirləri və əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja xəbər verir ki, "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 7 milyon 681 min manat və ya 31,8% artaraq 31 milyon 855 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübüdə Bankın cəmi əməliyyat gəlirləri 24 milyon 174 min manat təşkil etmişdi.
"Bank of Baku" cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 7 milyon 231 min manat və ya 43,4% artaraq 23 milyon 879 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübüdə Bankın cəmi əməliyyat xərcləri 16 milyon 647 min manat təşkil etmişdi.
"Bank of Baku"nun əməliyyat mənfəəti 2022-ci ilin ilk rübündə 7 milyon 527 min manat ikən, 2023-cü ilin ilk rübündə 7 milyon 976 min manat olub.
Eyni zamanda, 2023-cü ilin ilk rübündə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 391 min manat mənfəətə əlavə edilib və "Bank of Baku"nun mənfəəti 13 milyon 368 min manata yüksəlib. Bank mənfəətindən 3 milyon 830 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk rübündə ehtiyatdan azad olmuş 3 milyon 641 min manatın hesabına "Bank of Baku"nun mənfəəti 11 milyon 169 min manata yüksəlmişdi. Bank mənfəətindən 1 milyon 285 min manat mənfəət vergisi ödəmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2023-cü il tarixində "Bank of Baku" 736 milyon 129 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 583 milyon 589 min manatını müştərilərə verilmiş kreditlər (kredit portfeli) təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 701 milyon 231 min manata, o cümlədən kredit portfeli 577 milyon 534 min manata çatmışdı. İlk rübdə Bankın cəmi kredit portfeli 6 milyon 55 min manat və ya 1% artıb. Ötən ilin sonu ilə müqayisədə Bank of Bakunun istehlak krediləri portfeli 5 milyon 756 min manat artaraq 403 milyon 859 min manata, ipoteka kreditləri portfeli 1 milyon 811 min manat artaraq 26 milyon 536 min manata yüksəlib, biznes kreditləri portfeli isə 1 milyon 509 min manat azalaraq 153 milyon 167 min manata geriləyib.
Qeyd edək k, "Bank of Baku" sərfəli şərtlər ilə kreditlər təklif edən banklardan biridir. İstehlak kreditləri portfelinin 400 milyon manat səviyyəsini aşması da Bankın kredit məhsullarına marağın olduğunu göstərir.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən ilin sonu ilə müqayisədə "Bank of Baku"da cəmi depozitlər 25 milyon 745 min manat artaraq 391 milyon 278 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 35 milyon 116 min manata artaraq 365 milyon 135 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "Bank of Baku" 133 milyon 978 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 606 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Mayın 10-da gözlənilən hava şəraiti - 28 dərəcəyədək isti proqnozlaşdırılır
-
2 saat əvvəl
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
-
3 saat əvvəl
Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
-
17 saat əvvəl
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
-
20 saat əvvəl
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
- 21 saat əvvəl
-
22 saat əvvəl
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
-
22 saat əvvəl
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
-
22 saat əvvəl
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub, sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub
Ən çox oxunanlar
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub
“İdeal Kredit BOKT”ın xalis mənfəəti 28% artıb
















.jpg)







