Dövlət bankı Azər Türk Bank kəskin böyüyüb, mənfəəti dəfələrlə artıb
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 100%-dən çox artaraq, 913,3 milyon manat səviyyəsində olmuşdur.
Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın kredit portfelinin həcmi 367,5 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 50% çoxdur.
Cari ilin birinci rübü ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 115% yüksəlməklə 20,9 milyon manat, xərcləri 17,7 milyon manat olmuşdur.
2023-cü ilin ilk üç ayında Azər Türk Bank 3 milyon manatdan çox xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur.
Bankın məcmu kapitalının həcmi 28% artaraq, 66,8 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 120% artımla 840,5 milyon manat səviyyəsindədir.
Bankın depozit portfeli 153% böyüyərək, 245,7 milyon manat təşkil etmişdir.
Əhali tərəfindən Banka ötən dövrdəkindən iki dəfə çox, 88 milyon manat məbləğində əmanət qoyulmuşdur.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 0,98%, kapitalın gəlirlilik əmsalı (ROE) 13,1% təşkil etmişdir ki, bu göstəricilər keçən ilin eyni dövrünə nisbətən dəfələrlə yüksəkdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 17 d. əvvəl
-
38 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























