Dolların ucuzlaşması ilə qzılın qiyməti yüksəlib
Bazar ertəsi səhər qızılın qiyməti artıb. Dolların ucuzlaşması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasəti ilə bağlı gözləntilər qiymətli metalın kotirovkalarını dəstəkləyir.
Marja xəbər verir ki, bu gün səhər Nyu-York Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 0,88% artaraq 1 troy unsiyası üçün 1883,6 dolları görüb.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,7% azalaraq 103,85 bənd təşkil edib.
Dolların dəyərinin aşağı düşməsi 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflasından biri olan Amerika Silikon Vadisi Bankının (SVB) müflisləşməsi ilə bağlıdır. Vəziyyət FED-in uçot dərəcəsinin artırılması ilə əlaqələndirilir.
SVB Bankın uğursuzluğu bazar volatilliyinə səbəb olub ki, bu da nəinki riskdən çəkinməyi artırıb, həm də FED-in faiz dərəcələrinin artırılması ilə bağlı bazar gözləntilərini əhəmiyyətli dərəcədə azaldıb.
CME Group-un məlumatına görə, analitiklərin 93,7%-i FED-in faizlərini eyni sürətlə - 0,25 baza bəndi artıraraq illik 4,75-5%-ə qaldıracağını düşünür. Çoxları keçən həftə 0,50 bəndlik faiz artımını gözləyirdilər. Qızılın qiyməti də, dolların dəyərinə təsir edən Fed-in pul siyasəti gözləntilərinə həssasdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 7 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
-
2 saat əvvəl
Avropa İttifaqından Ukraynaya 4,9 milyard avroluq hərbi dəstək qərarı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Ən çox oxunanlar
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı
Azərbaycan quş əti ixracını 25,6% artırıb
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir



























